525.Az

Millimiz Danimarka yığması ilə qarşılaşacaq


 

Millimiz Danimarka yığması ilə qarşılaşacaq<b style="color:red"></b>

Azərbaycanın futzal millisi iki beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

525.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Komanda yanvarın 22-də və 24-də Danimarka yığması ilə qarşılaşacaq. Hər iki görüş Bakı İdman Sarayında keçiriləcək.

Bildirilib ki, oyunların başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.

 





07.01.2026    çap et  çap et