“Bu il göstərişli aksesuarlar və geyimlərdəki güllü, çiçəkli naxışlar trend olacaq”.
Bu barədə 525.az-a açıqlamasında “Nygyülşhovroom”un və “Nygyül ateylenin” sahibi, dizayner, modelyer Gülnaz Usubova deyib.
“Bu ilin əsas rəng trendi fıstıq yaşılıdır. 2026-cı il alov atı üzərində təhvil verildiyindən qırmızının “alov qırmızı” dediyimiz tonu, tünd qırmızı, bənövşəyi rəngin bir neçə tonu və təmizliyi, saflığı bildirən ağ rəng də dəbdə olacaq”, - deyə modelyer əlavə edib.
Onun sözlərinə görə, iri çiyinlər, incə beli vurğulayan kəsimlər dəbdə olacaq.
“2025-ci ildə göstərişli aksesuarların dəbi başlamışdı artıq. 2026-cı ildə bu, özünü daha da göstərəcək. Məsələn, üst-üstə taxılan bir neçə kəmərlər, sırğalar, ayaqqabı üzərində çoxlu aksesuarlar dəbdə olacaq. Sırğalar daha çox qızılı rəngdə olanlara üstünlük veriləcək. Bu il çiçəkli naxışlar çox populyarlıq qazanacaq. Həmçinin, yay geyimlərimizdə azərbaycanlılığımızı özündə əks etdirən allı-güllü naxışlar özünü daha qabarıq şəkildə göstərəcək”, - deyə G.Usubova bildirib.
Şahanə Müşfiq
çap et