525.Az

Çində zəlzələ olub


 

Çində <b style="color:red"> zəlzələ olub</b>

Çinin şimalındakı Sincan Uyğur Muxtar bölgəsində 5.2 bal gücündə zəlzələ baş verib.

525.az xəbər verir ki, bu barədə Çin Zəlzələ Şəbəkələri Mərkəzi (CENC) məlumat yayıb.

Bildirilib ki, episentri Sincan Uyğur Muxtar bölgəsi olan zəlzələ təxminən 10 kilometr dərinlikdə qeydə alınıb.

Yeraltı təkanlar zamanı hər hansı dağıntı baş verməyib. Eləcə də yerli nəqliyyat və elektrik şəbəkəsinə zəlzələnin hər hansı təsiri olmayıb.

İbrahim Cəfərov

 





07.01.2026    çap et  çap et