525.Az

Ronald Reyqanın oğlu vəfat edib


 

Ronald Reyqanın oğlu vəfat edib<b style="color:red"></b>

ABŞ-nin keçmiş prezidenti Ronald Reyqanın böyük oğlu və mühafizəkar şərhçi Maykl Reyqan vəfat edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 80 yaşında dünyasını dəyişib.

Ronald Reyqanın Prezident Fondu və İnstitutu Maykl Reyqanın vəfatı ilə bağlı açıqlama yayıb:

"Maykl Reyqan Prezident Reyqanın ideallarına sarsılmaz sadiqliyi ilə formalaşmış bir həyat yaşayıb".

Qeyd edək ki, 1945-ci ildə anadan olan Maykl Reyqan, doğulduqdan bir neçə saat sonra Ronald Reyqan və o vaxtkı həyat yoldaşı Ceyn Vayman tərəfindən övladlığa götürülüb. Arizona Dövlət Universitetində təhsil alan Maykl Reyqan daha sonra aktyorluğa başlayıb və müxtəlif tamaşalarda rol alıb.

İbrahim Cəfərov

 





07.01.2026    çap et  çap et