525.Az

Milli Kitabxana İtaliyada beynəlxalq kitab yarmarkasına qatılacaq


 

Milli Kitabxana İtaliyada beynəlxalq kitab yarmarkasına qatılacaq<b style="color:red"></b>

Ötən gün İtaliya "Sandro Teti Editore" nəşriyyat evinin direktoru Sandro Tetti M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olub. Görüşdə məqsəd hər il İtaliyanın Turin şəhərində keçirilən beynəlxalq kitab sərgi yarmarkasında Azərbaycan Milli Kitabxanasının iştirakını təmin etməkdir. Sandro Teti beynəlxalq kitab sərgisinin əhəmiyyətindən söz açıb.

Milli Kitabxananın direktoru Kərim Tahirov mayın 14-də keçiriləcək sərgiyə dəvəti yüksək qiymətləndirib və ölkəmizin tanıdılması, təbliği istiqamətində əlindən gələni əsirgəməyəcəyini bildirib.

Görüşdə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası ilə İtaliya "Sandro Teti Editore" nəşriyyat evi arasında əməkdaşlıq barədə qarşılıqlı müqavilə imzalanıb.

Müqavilənin şərtlərinə əsasən "Sandro Teti Editore" nəşriyyat evi 2015-ci il Beynəlxalq Turin kitab yarmarkasında Azərbaycan təmsilçilərinə "Xüsusi qonaq ölkə" qismində 50 kvadratmetr ekspozisiya sahəsi ayrılmasını, sərgi çərçivəsində bir sıra tədbirlərin, o cümlədən, kitab təqdimatlarının keçirilməsini təşkil edəcək.

K.Tahirov Turin sərgi yarmarkasında 300-dən artıq kitabımızın nümayiş olunacağını, sərginin davam edəcəyi 4 gün müddətində Azərbaycan haqqında filmin təqdim ediləcəyini, 3 yeni kitabın təqdimatının keçiriləcəyini, tədbir iştirakçılarına ölkəmizin mədəniyyət, incəsənət, turizm, mətbəx, idmanı və digər sahələri barədə kitabların və bukletlərin paylanacağını bildirib.

S.ABDULLAYEVA

 





03.02.2015    çap et  çap et