525.Az

Ərdoğan Maduronun Türkiyəyə getmək təklifinə münasibət bildirib 


 

Ərdoğan Maduronun Türkiyəyə getmək təklifinə <b style="color:red"> münasibət bildirib </b>

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Venesuela prezidenti Nikolas Maduroya Türkiyəyə getmək imkanı təklif etməsi ilə bağlı xəbərləri təkzib edib.

525.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

“Bizə belə bir məlumat daxil olmayıb, bu, baş verməyib”, - Ərdoğan bildirib.

Daha əvvəl The New York Times qəzeti 23 dekabrda ABŞ hakimiyyətinin Maduroya ölkəsini tərk edərək Türkiyəyə getməklə bağlı təklif verdiyini, lakin Venesuela liderinin planı rədd etdiyini yazıb.

Pərvanə Sultanova

 





07.01.2026    çap et  çap et