Dünən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində "Muğamşünaslığın aktual problemləri" mövzusunda növbəti elmi seminar baş tutub.
Seminarda ADMİU-nun müəllimləri Nemət Qasımov "Muğam ilə aşıq musiqisinin qarşılıqlı əlaqələrinə dair", Sevinc Əzizova "Ü.Hacıbəylinin əsərlərində "Şur" muğamının təfsirinə dair", AMEA-nın böyük elmi işçisi Sənubər Bağırova "XXI əsr Azərbaycan muğamı "Growing into Music" layihəsi prizmasından" və Nərmin Qaralova "Muğamşünaslığın metodologiyasında müqayisəli təhlilin əhəmiyyəti" mövzusunda məruzə ilə çıxış ediblər.
Muğam biliciləri, AMEA-nın və BMA-nın nümayəndələri, Universitetin professor-müəllimlərinin, magistr və doktorantlarının iştirak etdiyi sayca ikinci seminar da maraqlı fikir mübadiləsi, diskussiya şəraitində keçib.
çap et