525.Az

Orta məktəbdə gənc şairlə görüş olub


 

Orta məktəbdə gənc şairlə görüş olub<b style="color:red"></b>

Bakıdakı 239 saylı tam orta məktəbdə Gənc  Ədiblər Məktəbinin məzunu, Azərbaycan Yaşıçılar Birliyinin üzvü gənc şairə Arzu Hüseynlə görüş keçirilib.

Görüşün təşkilatçısı olan AYB Bədii Ədəbiyyatı Təbliğ Bürosunun direktoru şair Nazim Əhmədli  dövlətin yaradıcı gənclərə qayğı və dəstəyindən söz açıb, gənc çairə Arzu Hüseynin yaradıcılığı haqqında düşüncələrini bölüşüb, onu ədəbi sahədə ümidverici gənclərdən biri kimi səciyyələndirib. N.Əhmədli gənc yaradıcılarla belə görüşlərin əhəmiyyətini vurğulayıb.

Sonra N.Əhmədli və A.Hüseyn şeirlərini oxuyub, şagirdlərin suallarına cavab veriblər. Məktəbin müəllimi Aysel Fərhadova və şagird Sunay Quliyev də şeirlərini səsləndiriblər.

Məktəbin direktoru Sədaqət Əzimova qonaqlara təşəkkürünü bildirərək, görüşün maraqlı keçdiyini, önəmli tədbir olduğunu qeyd edib.

 





03.02.2015    çap et  çap et