525.Az

Ankarada spirtli içkilərlə dolu 6 tır yandı


 

Ankarada spirtli içkilərlə dolu 6 tır yandı<b style="color:red"></b>

Bu gün yerli vaxtla 14.20-də Ankaranın Qazi məhəlləsi rayonunda yerləşən polis bölməsinə məxsus avtomobil parkında yanğın hadisəsi baş verib.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəticədə spirtli içkilərlə dolu 6 tır yanıb.

Alov yük avtomobillərindən birində başlayıb və qısa zamanda yaxınlıqda parklanmış 5 tıra keçib. 

Alov yanğınsöndürənlər və polislər tərəfindən ram edilib. Yanğının hansı səbəbdən baş verdiyi hələlik bəlli deyil. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə və onların içərisindəki əmlaka ciddi ziyan dəyib.

L.Tağıyeva

 





07.01.2026    çap et  çap et