“Son 3 ildə iribuynuzlu mal-qaranın sayı 200 mindən çox, qoyun-keçi sayı 1,5 mln. başa yaxın azalıb. Bunun nəticəsində də ətin qiyməti sürətlə artır, həmçinin ət qıtlığı yaşanır”.
Bunu 525.az-a iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, ətin bahalaşmasının, mal-qaranın azalmasının əsl səbəblərini tapmaq, onları aradan qaldırmaq vacibdir. Əks halda idxaldan asılı vəziyyətə düşə bilərik:
“2015-ci ildə başlayaraq örüş yerlərində, mal-qara üçün yem bazası təşkil edən torpaqlarda pambıq əkildi. Nəticə etibarilə pambıqda məhsuldarlıq artdı. Örüş yerləri, yem bazasını təşkil edən torpaqlar pambıq əkininə ayrılandan sonra yem bahalaşdı, örüş yerləri azaldı, bu da mal-qara, qoyun-keçi sayına kəskin təsir etdi. Bu gün ətin qiyməti sürətlə artır, həmçinin ət qıtlığı yaşanır və yaşanacaq. Problemin həll olunması üçün kənd təsərrüfatında pambıqçılığın strateji sahə olmasına son verilməlidir. Hazırki şəraitdə pambıqçılıq sərfəli deyil. Pambıq sahələrinin yeri heyvandarlığa verilsə, biz ərzaq idxalını əhəmiyyətli dərəcədə azalda bilərik”.
Sevinc Qarayeva
çap et