Venesuela daxili işlər naziri Diosdado Kabello ABŞ-nin bu ölkəyə hücumu nəticəsində ölənlərin sayını açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Kabello hücumlarda 100 nəfərin öldüyünü bildirib.
O əlavə edib ki, basqın zamanı Maduro ayağından, həyat yoldaşı Siliya Flores isə başından yaralanıb. ABŞ hərbi hücumunu "vəhşi, alçaq və qeyri-insani" adlandıran Kabello bir çox günahsız insanın zərər gördüyünü qeyd edib.
Qeyd edək ki, Karakas hökuməti daha əvvəl ölənlərin sayını açıqlamamışdı. Venesuela ordusu ABŞ hücumlarında 23 əsgərin öldüyünü bildirmişdi. Kuba hökuməti də həmçinin Venesuelada xidmət edən 32 kubalı əsgər və polis məmurunun həyatını itirdiyini açıqlayıb.
İbrahim Cəfərov
çap et