525.Az

"Mançester Siti"nin futbolçusu 2 ay meydana çıxmaya bilər


 

"Mançester Siti"nin futbolçusu 2 ay meydana çıxmaya bilər<b style="color:red"></b>

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın vingeri Savinyonun zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalacağını bildirib.

525.az xəbər verir ki, braziliyalı futbolçu yanvarın 1-də Premyer Liqada “Sanderlend”ə qarşı keçirilən oyunda 51-ci dəqiqədə zədələnərək əvəzlənmişdi.

Savinyonun nə qədər müddət heyətdən kənarda qalacağı ilə bağlı suala cavab verən Qvardiola deyib:
“Uzun müddət. Dəqiq bilmirəm. Təxminən bir ay yarım, iki ay. O, geri qayıdacaq”.

Qeyd edək ki, Savinyo bu mövsüm Premyer Liqada keçirdiyi 15 oyunda 1 qol ötürməsi edib.

 





08.01.2026    çap et  çap et