“Yaxın günlərdə Azərbaycandan Ermənistana yeni yanacaq partiyası daxil olacaq. Bu, təəccüblü olmamalıdır, çünki ilk dəfə deyil ki, baş verir”.
525.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan bildirib.
O, Azərbaycandan bir neçə min ton yanacağın çatdırılacağını açıqlayıb:
“Yenilik odur ki, bu dəfə təkcə premium benzin deyil, həm də regular və dizel yanacağı da idxal olunur. Tədarük gələcəkdə davam edə bilər”.
Nazir əlavə edib ki, Azərbaycandan gətirilən benzin bir neçə gün ərzində satılıb, çünki bu yanacağa tələbat yüksəkdir. Onun sözlərinə görə, yeni yanacaq partiyasının qiyməti bazar qiymətindən 80 dram aşağıdır.
O bildirib ki, eyni müəssisələr məhsulu ötən dəfəki kimi idxal edirlər: “İstəyən hər kəs sərbəst şəkildə idxal edə bilər, hər şey danışıqların gedişatından asılıdır”.
Papoyan əlavə edib ki, dizel yanacağının 80 dram ucuz olması torpağın becərilməsində istifadə olunan traktorların xərclərini 20% azaldacaq.
Pərvanə Sultanova
çap et