525.Az

Paşinyan: “Bakı və İrəvan məhsul siyahılarını mübadilə edir” 


 

Paşinyan: “Bakı və İrəvan məhsul siyahılarını mübadilə edir” <b style="color:red"></b>

“Ermənistan və Azərbaycan qarşılıqlı olaraq alqı-satqı etməkdə maraqlı olduqları malların siyahısını müzakirə edirlər”. 

525.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə bildirib.

"Ermənistan və Azərbaycan almaq və satmaqda maraqlı olduqları malların siyahılarını mübadilə edirlər. Proses davam edir və bu barədə məlumat olduqca açıqlanacaq. Belə müzakirələr gedir. Bilirəm ki, ilkin siyahılar mübadilə edilib və hazırda araşdırma prosesi aparılır”, - Paşinyan deyib.
Ermənistana Azərbaycan neft məhsullarının idxalı ilə bağlı razılaşmanın necə əldə edildiyi ilə bağlı suala cavab olaraq Baş nazir onu da deyib ki, hökumət özəl şirkətləri Azərbaycan neft məhsullarını idxalına məcbur etməyib, sadəcə onlara fürsətin mövcud olduğunu söyləyib.

Pərvanə Sultanova

 





08.01.2026    çap et  çap et