525.Az

Mövlud Çavuşoğlu: “Terrorizmə və irqçiliyə qarşı mübarizə daha da artırılmalıdır”


 

Mövlud Çavuşoğlu: “Terrorizmə və irqçiliyə qarşı mübarizə daha da artırılmalıdır”<b style="color:red"></b>

“Bu gün dünyanın qarşısında ciddi şəkildə dayanan və naratçılıq doğuran problemlərdən biri də terrorizmdir”.

Bu fikirləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının Bakıda keçirilən 40-cı iclasında çıxışı zamanı türkiyəli millət vəkili, AŞPA-nın keçmiş prezidentiMövlud Çavuşoğlu deyib.  Onun sözlərinə görə, ancaq təəssüflər olsun ki, getdikcə artan terrorizmə qarşı mübarizədə ciddi səylər özünü göstərmir.

M.Çavuşoğlu qeyd edib ki, beynəlxalq təşkilatların da bu istiqamətdə fəaliyyəti yetərli və məqbul sayıla bilməz: “Ona görə hesab edirəm ki, beynəlxalq təşkilatlar terrorizmə qarşı mübarizədə daha ciddi mövqe nümayiş etdirməlidirlər. Bununla yanaşı dünyamızı, xüsusilə, Avropanı narahat edən ciddi məsələlərdən bir də irqçiliyin, bölücülüyün, ayrımçılığın artmasıdır. Bu gün çox təəssüf ki, Avropada irqçi, ayrımçı partiyaların seçkilərdə səsləri artmaqdadır. Bu bizi çox ciddi narahat edir. Odur ki, biz irqçiliyə, ayrımçılığa, bölücülüyə qarşı mübarizədə də daha çcddi mübarizə aparmalı və səylərimizi birləşdirməliyik.
Buna çox ciddi ehtiyac var”.

Kamil Həmzəoğlu

 





28.11.2012    çap et  çap et