525.Az

Moskvada 70-ə yaxın reys təxirə salındı


 

Moskvada 70-ə yaxın reys təxirə salındı<b style="color:red"></b>

Moskvanın Vnukovo, Domodedovo və Şerementyevo  hava limanlarından müxtəlif istiqamətə uçmalı olan 70-ə yaxın reys təxirə salınıb.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna kəskin hava şəraiti səbəb olub.

Güclü qar görüntünü azaltmaqla yanaşı hava limanlarda hərəkət zolaqlarında ciddi problemlər yaradıb. Bu üzdən təhlükəsizlik məqsədilə sözügedən qərar verilib. Bundan başqa 6 reys ümumiyyətlə ləğv olunub.

Qeyd edək ki, sinoptiklərin proqnozuna görə, hava şəraiti bu gün gecəyə normallaşacaq.

L.Tağıyeva

 





09.01.2026    çap et  çap et