525.Az

"Neftçi" "Kayrat"a qarşı


 

"Neftçi" "Kayrat"a qarşı<b style="color:red"></b>

Mövsümün ikinci hissəsinin hazırlıqlarını Abu Dabidə keçirən “Neftçi” bugün ilk yoxlama oyununa çıxacaq.

525.az xəbər verir ki, “ağ-qaralar”ın i“Kayrat”la (Qazaxıstan) qarşılaşacaqlar. Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

“Neftçi”nin toplanış çərçivəsində daha 2 yoxlama oyunu keçirəcək. Paytaxt təmsilçisiin digər iki rəqibi isə Misir və Çin klubları olacaq. Həmin kollektivlərlə qarşılaşmalar yanvarın 12-si və 16-na planlaşdırılıb.

"Neftçi" sonuncu görüşlə Abu-Dabi toplanışını başa vuracaq və yanvarın 17-də Azərbaycana qayıdacaq.

Qeyd edək ki, "Neftçi" qış fasiləsinə 20 xalla 8-ci pillədə yollanıb. "Kayrat" isə Qazaxıstan Premyer Liqasının son çempionudur. Cari mövsümün tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparan komanda hazırda turnirin sıralamasında 1 xalla sonuncu - 36-cıdır.

 





09.01.2026    çap et  çap et