525.Az

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 10 faizdən çox artıb


 

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 10 faizdən çox artıb<b style="color:red"></b>

1 yanvar 2026-cı il tarixinə aktiv vergi ödəyicilərinin sayı 6,5 faiz artaraq 859,3 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 10,6 faiz artaraq 58,4 min təşkil edib.

Bu barədə 525.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Qeyd edilib ki, həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 7,1 faiz artıb və 232,8 min olub.

 





09.01.2026    çap et  çap et