525.Az

Kiyevdə metronun hərəkətində məhdudiyyət tətbiq edilib 


 

Kiyevdə metronun hərəkətində məhdudiyyət<b style="color:red"> tətbiq edilib </b>

Bu gün səhərdən etibarən Kiyev metrosunun qırmızı xəttində məhdudiyyətlər tətiq edilib.

525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhər meriyası məlumat yayıb.

Buna səbəb bu gecə Kiyevdə bir sıra həyati vacib, o cümlədən,  enerji obyektlərinin törədilmiş partlayışlar nəticəsində sıradan çıxmasıdır.

Ümumiyyətlə, bu gecə Kiyevdə bir neçə dəfə həyəcan siqnalı verilib.

Qeyd edək ki, məhdudiyyətlər fonunda "Dnepr" və "Lesnaya" stansiyaları arasında qatarların hərəkəti dayandırılıb. "Akademqorsk"-"Arsenalnaya" stansiyaları arasında isə hərəkət intervalı artırılıb.

L.Tağıyeva

 





09.01.2026    çap et  çap et