525.Az

"Bankların həmin standartlara uyğunlaşdırılması vacib şərtlərdəndir" - Millət vəkili


 

"Bankların həmin standartlara uyğunlaşdırılması vacib şərtlərdəndir" - <b style="color:red">Millət vəkili </b>

“Bu gün Azərbaycan Bazel III standartlarına keçidlə bağlı artıq qərar qəbul edib. Bankların həmin standartlara uyğunlaşdırılması vacib şərtlərdəndir”.

İqtisadçı millət vəkili Vüqar Bayramov bunu 525.az-a deyib.

O söyləyib ki, bu, bir tərəfdən bank xidmətlərinin çeşidinin artırılması, banklarda korporativ idarəetmənin gücləndirilməsi, eyni zamanda informasiya açıqlamalarının artırılması baxımından da əhəmiyyətlidir. Çünki Bazel-3 prinsipləri bir mənalı şəkildə bankların menecmentinə təsir göstərən əsas qaydalar sırasındadır:

“O baxımdan bankların Bazel-3 standartlarına uyğunlaşdırılması bank sektorunun dayanıqlılığı aspektindən vacibdir. Bu da öz növbəsində bankların daha səmərəli fəaliyyətinə təsir göstərir”.

Sevinc Qarayeva 

 





09.01.2026    çap et  çap et