525.Az

"Çelsi"də Rozenyorun köməkçiləri müəyyənləşdi


 

"Çelsi"də Rozenyorun köməkçiləri müəyyənləşdi<b style="color:red"></b>

"Çelsi"də yeni baş məşqçi Liam Rozenyorun köməkçiləri müəyyənləşib.

525.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı mütəxəssisin məşqçilər heyətinə Xalifa Sisse və Castin Uoker daxil olublar. Onlar "Strasburq"da da Rozenyorun köməkçiləri kimi çalışmışdılar.

London təmsilçisinin açıqlamasında bildirilib ki, həmçinin Ben Varnerdə Liqa 1 klubundan əsas komanda analitiki kimi "Çelsi"yə qoşulub".

 





09.01.2026    çap et  çap et