525.Az

"Yaxın gələcəkdə minimum əməkhaqqının 25 faiz artırılması gözlənilmir" - Xalid Kərimli


 

"Yaxın gələcəkdə minimum əməkhaqqının 25 faiz artırılması gözlənilmir" - <b style="color:red"> Xalid Kərimli </b>

"Yaxın gələcəkdə minimum əməkhaqqının 25 faiz artırılması gözlənilmir".

Bunu 525.az-a iqtisadçı Xalid Kərimli bildirib.

Onun sözlərinə görə, minimum əməkhaqqı hamıya tətbiq olunur. Hazırda 400 manat az görünə bilər. Lakin özəl sektorun zəif inkişafı bu artımı çətinləşdirir:

"Adətən minimum əməkhaqqı artımı iki ildən bir, ilin sonunda büdcə paketi çərçivəsində təsdiqlənir.2026-cı il üçün inflyasiya proqnozları stabildir və ciddi iqtisadi dəyişiklik gözlənilmir. Bu səbəbdən ilin ortasında artım ehtimalı çox aşağıdır".

Sevinc Qarayeva 

 





09.01.2026    çap et  çap et