“Rusiyanın müraciətinə cavab olaraq ABŞ Prezidenti Donald Tramp “Marinera” tankerinin heyətindəki iki rusiyalını azad edib”.
525.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Biz bu qərarı alqışlayırıq və ABŞ rəhbərliyinə minnətdarlığımızı bildiririk”, - Zaxarova deyib.
Əlavə edib ki, rəsmi Moskva Rusiya vətəndaşlarının vətənlərinə tez qayıtması ilə bağlı bütün məsələlər üzrə təcili praktik işə başlayıb.
Qeyd edək ki, “Marinera” tankeri yanvarın 7-də Atlantik okeanının şimalında saxlanılıb. Gəmi Venesuelanın dəniz blokadasını keçə bilmədiyi üçün bir neçə həftə ərzində Rusiya bayrağı altında üzüb. Rusiya höküməti gəminin müvəqqəti olaraq Rusiya bayrağı altında üzməsinə icazə verdiyini, eləcə də gəminin göyərtəsində Rusiya vətəndaşlarının olduğunu təsdiqləyib.
Pərvanə Sultanova
çap et