525.Az

"Fənərbaxça" "Qalatasaray"a qalib gəldi


 

"Fənərbaxça" "Qalatasaray"a qalib gəldi<b style="color:red"></b>

Bu gün Türkiyə Superkubokunun qalibi müəyyənləşib.

525.az xəbər verir ki, final matçında əzəli rəqiblər -  "Qalatasaray"la "Fənərbaxça" üz üzə gəlib.

İstanbul derbisi Atatürk Olimpiya Stadionunda keçirilib. Görüşdə "Fənərbaxça" 2:0 hesablı qələbə ilə Superkuboka sahib çıxıb. 

Qeyd edək ki, "Qalatasaray" yarımfinalda, "Trabzonspor"u, "Fənərbaxça" isə "Samsunspor"u üstələmişdi.

10 yanvar

Türkiyə Superkuboku

Final

19:45. “Qalatasaray” - “Fənərbaxça” - 0:2

Qollar: Matteo Guendouzi, 28, Ceyden Ostervolde, 48

 





10.01.2026    çap et  çap et