525.Az

"Sabah" yoxlama oyununda "Şamaxı"nı məğlub edib


 

"Sabah" yoxlama oyununda "Şamaxı"nı məğlub edib<b style="color:red"></b>

Azərbaycan Premyer Liqasında çıxış edən "Sabah" və "Şamaxı" komandaları bu gün yoxlama oyununda üz-üzə gəliblər.

525.az-ın məlumatına görə, matç "Bank Respublika Arena"da keçirilib.

Qarşılaşma Bakı təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

Qeyd edək ki, "Sabah" 16 turdan sonra 37 xalla çempionatda liderdir. "Şamaxı" 20 xalla yeddinci pillədə qərarlaşıb.

 





11.01.2026    çap et  çap et