525.Az

Maduro tərəfdarlarına müraciət etdi


 

Maduro tərəfdarlarına <b style="color:red"> müraciət etdi</b>

Venesuela prezidenti Nikolas Maduro həbsxanadan tərəfdarlarına videomüraciət ünvanlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Maduronun oğlu Nikolas Maduro Gerra bildirib.

Müraciətində Maduro onlara kədərlənməməyi tövsiyə edib. Həyat yoldaşı Siliya Floreslə birgə saxlanılan Maduro daha sonra bunları deyib: "Biz yaxşıyıq, biz döyüşçüyük".

Xatırladaq ki, Nikolas Maduro həyat yoldaşı ilə birlikdə bu il yanvarın 3-də ABŞ hərbçiləri tərəfindən ələ keçirilib və Nyu-Yorka aparılıb. 

L.Tağıyeva

 





12.01.2026    çap et  çap et