525.Az

"Manatın məzənəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır" - Millət vəkili


 

"Manatın məzənəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır" - <b style="color:red">Millət vəkili </b>

“2026-cı ildə də manatın məzənəsində Mərkəzi Bankın mövqeyi həlledici olaraq qalacaq. Azərbaycan manatının məzənnəsinə təsir göstərən əsas faktor tədiyyə balansındakı vəziyyətdir”.

Bunu iqtisadçı millət vəkili Vüqar Bayramov 525.az-a bildirib.

O qeyd edib ki, tədiyə balansında müsbət saldo manatın məzənnəsini dəstəkləyir. Təbii ki, tədiyə balansında mənfi saldo yaranarsa, bu, bütövlükdə valyuta bazarına təsiri artırır:

“Bununla yanaşı, Azərbaycan “üzən məzənnə” rejiminə keçməyib, ölkəmizdə hələ də fiks məzənnə rejimi tətbiq edilir. Bu o deməkdir ki, manatın məzənəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır”. 

O əlavə edib ki, 2026 və növbət illərdə tədiyə balansındakı vəziyyət, neftin dünya bazarlarında qiyməti bütövlükdə valyuta bazarına təsir göstərən əsas faktorlar olacaq.

Sevinc Qarayeva 

 





12.01.2026    çap et  çap et