525.Az

Binəqədinin bəzi ərazilərində elektrik enerjisi olmayacaq


 

Binəqədinin bəzi ərazilərində elektrik enerjisi olmayacaq<b style="color:red"></b>

Biləcəri ETSİ-nə daxil olan bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan 525.az-a verilən məlumata görə, yanvarın 12-də Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 6 kV-luq hava xətlərində təmir-təftiş işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan 17:00-dək Binəqədi kəndi İsfahani küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Təmir-təftiş işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunub.

 





12.01.2026    çap et  çap et