525.Az

İranda etiraz aksiyaları zamanı ölənlərin sayı 500-ü keçib


 

İranda etiraz aksiyaları zamanı ölənlərin sayı 500-ü keçib<b style="color:red"></b>

Ötən il dekabrın 29-dan İranda keçirilən etiraz aksiyaları zamanı 538 nəfər həyatını itirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkədə yerləşən Human Rights Activist News Agency (HRANA) insan haqlarının müdafiəsi təşkilatı məlumat yayıb.

Təşkilatın bildirdiyinə görə, ölənlərin 490-ı aksiyaçı, 48-i isə hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Aksiyalarda iştirak edən 10,6 min etirazçı isə saxlanılıb.

Yeri gəlmişkən, dünən ölkədə baş verən hadisələr zamanı həyatlarını itirənlərə görə 3 günlük matəm elan edilib.

L.Tağıyeva

 





12.01.2026    çap et  çap et