525.Az

Argentinada meşə yanğınları - minlərlə hektar ərazi məhv oldu


 

Argentinada meşə yanğınları - <b style="color:red"> minlərlə hektar ərazi məhv oldu</b>

Pataqoniyada meşə yanğınları 15 min hektardan çox ərazini tamamilə məhv edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, fəlakət üzündən 3 mindən çox turist və 15 ailə təhlükəsiz əraziyə təxliyə olunub.

Epueyn gölü ətrafında 22 min hektar meşə sahəsi məhv olub. Başqa bir yanğın ocağı Los-Anarses milli parkının ərazisində qeydə alınıb. Çubut və Santa-Krusdakı ocaqların genişlənməsi üçün əraziyə xeyli sayda əlavə texnika və canlı qüvvə cəlb olunub. Burada alov 3 min hektardan çox ərazini əhatə edir.

Qeyd edək ki, Argentinanın Fövqəladə Hallar Federal Agentliyindən verilən məlumata görə, yanğın Çubut əyalətindəki Puerto-Patriada kurort şəhəri yaxınlığında başlayıb və qısa zamanda daha geniş əraziyə yayılıb. 

L.Tağıyeva

 





13.01.2026    çap et  çap et