525.Az

Ölkəni pivə çənində tərk etmək istədilər


 

Ölkəni pivə çənində tərk etmək istədilər<b style="color:red"></b>

Ukrayna sərhədçiləri ölkəni pivə daşıyan yük avtomobilinin çənində tərk etməyə çalışan 7 nəfəri saxlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, baş prokurorluğun dəftərxanası məlumat yayıb.

Məlumatda adı açıqlanmayan əcnəbinin 7 Ukrayna vətəndaşını pivə daşıyan yük avtomobilinin çənində ölkə ərazisindən çıxarmağa cəhd etdiyi bildirilir. Bunun üçün sürücü qaçaqlardan 6-12 min avro pul alıb. "Mamalıqa" keçid məntəqəsində axtarış zamanı onun üzərindən 34 avro götürülüb. 7 ukraynalı və sürücü həbs olunub, barələrində cinayət işi başlanıb .

Qeyd edək ki, bir neçə gün əvvəl İvano-Frankovsk əyalətində 75 yaşlı qoca da hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. O, bir neçə nəfəri 12,5 min avro qarşılığında Moldova ərazisinə qanunsuz yolla keçirmək istəyirmiş.

L.Tağıyeva

 





13.01.2026    çap et  çap et