525.Az

"Yaşayış minimumunun əhali üçün əhəmiyyəti böyükdür" – İqtisadçı


 

"Yaşayış minimumunun əhali üçün əhəmiyyəti böyükdür" – <b style="color:red">İqtisadçı </b>

“Məlum olduğu kimi, bu il üçün yaşayış minimumu 15 manat artırılıb. Yaşayış minimumu 2026-cı ildə əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilib. Yaşayış minimumu hesablanarkən buraya ərzaq səbəti, qeyri-ərzaq məhsulları, geyim, məişət əşyaları, nəqliyyat, kommunal xərclər, təhsil və s. xaxil edilir. Eyni zamanda ölkənin iqtisadi vəziyyəti, inflyasiya da nəzərə alınır”.

Bunu iqtisadçı ekspert Razi Abbasbəyli 525.az-a söyləyib.

O bildirib ki, yaşayış minimumunun əhali üçün əhəmiyyəti böyükdür. Çünki bu göstərici insanların maddi rifahının real vəziyyətini əks etdirir:

“Yaşayış minimumunun təyin edilməsi vətəndaşın bir aylıq istehlak tələbatının ödənilməsi üçün tələb olunan məbləğin müəyyən olunması deməkdir. Yaşayış minimumu sosial siyasətin əsas göstəricilərindən biri olmaqla, dövlətin iqtisadi və sosial prioritetlərini müəyyən etməsinə kömək edir. Bu anlayışın düzgün hesablanması və davamlı olaraq yenilənməsi cəmiyyətin sosial müdafiəsinin gücləndirilməsi və insanların layiqli həyat səviyyəsinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir".

Sevinc Qarayeva

 





13.01.2026    çap et  çap et