“2025-ci ildə Ermənistan ordusunun 30 hərbi qulluqçusu ölüb”
525.az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ölüm hadisələrindən altısı orduda baş verib. Ölüm səbəbləri ildırım vurması, elektrik cərəyanı, intihar və sağlamlıqla bağlı olub. 24 nəfər isə xidmətlə əlaqəli olmayan səbəblərdən ölüb.
Nazir, həmçinin bildirib ki, 2025-ci ildə dedovşina nəticəsində heç bir qətl hadisəsi qeydə alınmayıb. Əvvəlki illərdə isə bu cür hallar çox olub.
Pərvanə Sultanova
çap et