525.Az

Tanınmış aktyor xəstəxanaya yerləşdirilib


 

Tanınmış aktyor xəstəxanaya yerləşdirilib<b style="color:red"></b>

Məşhur türkiyəli aktyor Ufuk Özkanın vəziyyəti yenidən pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. O, qaraciyər nəqli üçün uyğun donor gözləyir.

525.az Türkiyə mediasına istinadən xəbər verir ki, bir müddətdir qaraciyər çatışmazlığı ilə mübarizə aparan məşhur sənətçinin aktyor qardaşı Umut Özkan bu haqda sosial mediada məlumat yayıb.

O, aktyorun sağlamlıq vəziyyəti ilə bağlı bunları bildirib:

"Qardaşım bir neçə ildir qaraciyər çatışmazlığı və sirrozdan müalicə alır. Son testlər onun MELD dəyərlərinin 22-yə yüksəldiyini göstərdi. Buna uyğun olaraq, həkimlər orqan nəqli qərarı veriblər. Hazırda qardaşım üçün uyğun donor gözləyirik. Onun əhval-ruhiyyəsi yüksəkdir və proses mütəxəssis qrupları tərəfindən yaxından izlənilir. Dualarını və xoş arzularını bildirən hər kəsə təşəkkür edirik. Bu həssas dövrdə şəxsi həyatımızın qorunmasını xahiş edirik".

Qeyd edək ki, aktyor Ufuk Özkan "Geniş Aile", "Oflu hoca", "Emret Komutanım", "Cenazemize Hoşgeldiniz", "Aile Terbiyesi", "Adalet" kimi bir çox film və seriallarla azərbaycanlı tamaşaçı üçün də tanışdır. 

ŞAHANƏ

 





13.01.2026    çap et  çap et