525.Az

Pekin İranda vəziyyəti sabitləşdirməyə çağırıb


 

Pekin İranda vəziyyəti sabitləşdirməyə çağırıb<b style="color:red"></b>

“Çin ümid edir ki, İran hökuməti və xalqı mövcud çətinliklərin öhdəsindən gələcək və milli sabitliyi qoruya biləcək”.

525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib. 

"Çin həmişə digər ölkələrin daxili işlərinə müdaxiləyə qarşı çıxır və beynəlxalq hüquqa uyğun olaraq bütün dövlətlərin suverenliyini, və təhlükəsizliyini tam müdafiə edir”, - diplomat bildirib.

O, ölkəsinin beynəlxalq münasibətlərdə güc tətbiqinə və ya təhdidinə qarşı olduğunu vurğulayıb və bütün tərəfləri Yaxın Şərqdə sülhə və sabitliyə töhfə verməyə çağırıb.

Pərvanə Sultanova

 





13.01.2026    çap et  çap et