525.Az

“Azərbaycanla sülh Ermənistana öz gündəliyini irəli sürməyə imkan verir” - XİN


 

“Azərbaycanla sülh Ermənistana öz gündəliyini irəli sürməyə imkan verir” -<b style="color:red"> XİN</b>

“8 avqust 2025-ci ildə Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin paraflanması və birgə bəyannamənin imzalanması Cənubi Qafqazda sülhü bərqərar etdi ki, bu da beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində görülən işlərdə də öz əksini taparaq ümumi siyasi vəziyyəti dəyişdirir. Bu sülh Ermənistana müxtəlif proseslərdə daha fəal iştirak etməyə və öz gündəliyini irəli sürməyə imkan verir”. 

525.az xəbər verirki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Robert Abisoqomonyan deyib.

“Deyə bilərik ki, bərqərar olmuş sülh nəticəsində Ermənistan təhlükəsizlik məsələlərindən əlavə, beynəlxalq təşkilatlar çərçivəsində inkişaf gündəliyində, iqtisadi infrastrukturda və iqlim məsələlərində də daha fəal iştirak edib ki, bu da bizim üçün son dərəcə vacibdir", - nazir müavini deyib.

Pərvanə Sultanova

 





13.01.2026    çap et  çap et