Qədim sivilizasiyaların yerüstü mənşəyi haqqında romanları ilə parapsixologiya həvəskarları arasında şöhrət qazanan isveçrəli yazıçı Erix fon Daniken vəfat edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 90 yaşında dünyasını dəyişib.
Yaşla əlaqəli sağlamlıq problemlərindən əziyyət çəkdiyi bildirilən fon Daniken, ən çox 1968-ci ildə nəşr olunmuş "Tanrıların arabaları" kitabı ilə tanınırdı. Kitabda iddia edilirdi ki, mayyalılar, qədim misirlilər və digər qədim sivilizasiyalar keçmişdə Yer kürəsini ziyarət edən yerüstü varlıqlardan qabaqcıl texnoloji biliklər almış və bu da onlara piramidalar kimi nəhəng strukturlar tikməyə imkan vermişdir.
Qeyd edək ki, Erix fon Danikenin kitabları 30-dan çox dilə tərcümə olunub və 70 milyondan çox nüsxə satılıb.
İbrahim Cəfərov
çap et