525.Az

“Alnım açıq, başım dikdir!” - Oktay Kaynarca


 

“Alnım açıq, başım dikdir!” - <b style="color:red"> Oktay Kaynarca</b>

Tanınmış türkiyəli aktyor Oktay Kaynarca İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində ifadə vermək üçün prokurorluğa çağırılmasına münasibət bildirib.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, vicdanının təmiz olduğunu söyləyib:

“Alnım açıq, başım dikdir. İllərdir narkotiklərə qarşı mübarizə aparıram. Bütün qanuni əməliyyatları dəstəkləyirəm”.

Kaynarca həmçinin məhkəmə-tibbi ekspertizasının nəticələri başa çatdıqdan sonra ictimaiyyətə məlumat veriləcəyini bildirib.

İbrahim Cəfərov

 





14.01.2026    çap et  çap et