525.Az

Somali ordusu “Əş-Şəbab”a qarşı əməliyyat keçirib - 17 terrorçu zərərsizləşdirilib


 

Somali ordusu “Əş-Şəbab”a qarşı əməliyyat keçirib - <b style="color:red"> 17 terrorçu zərərsizləşdirilib</b>

Somali ordusu “Əş-Şəbab” terror qruplaşmasına qarşı genişmiqyaslı hərbi əməliyyat keçirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Somali Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Somali Milli Ordusu hava dəstəyi ilə Aşağı Şabelle bölgəsindəki Cabad Qodone yaşayış məntəqəsində “Əş-Şəbab”ın mövqelərinə zərbələr endirib.

Əməliyyat nəticəsində 17 terrorçu zərərsizləşdirilib, təşkilata məxsus çoxsaylı sığınacaq və hərbi nəqliyyat vasitələri məhv edilib.

Nazirliyin açıqlamasında Somali Milli Ordusunun “Əş-Şəbab” terror qruplaşmasına qarşı planlaşdırılan əməliyyatlarını qətiyyətlə davam etdirəcəyi və ölkənin təhlükəsizliyini, sabitliyini və ərazi bütövlüyünü təhdid edən elementlərə qarşı mübarizənin dayandırılmayacağı vurğulanıb. Qeyd edək ki, 2006-cı ildə Somalidə yaranan “Əş-Şəbab” uzun illərdir Somali hökumətinə və beynəlxalq sülhməramlı qüvvələrə qarşı hücumlar həyata keçirir.

İsgəndər Həsənov

 





14.01.2026    çap et  çap et