525.Az

Vyana hava limanı ilk dəfə tam olaraq bağlandı


 

Vyana hava limanı ilk dəfə tam olaraq bağlandı<b style="color:red"></b>

Vyana hava limanı fəaliyyətə başladığı 1954-cü ildən bu yana təyyarələrin hərəkəti üçün ilk dəfə tam bağlanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna qarlı və şaxtalı hava şəraiti səbəb olub.

Perron və hərəkət zolaqları buz bağlayıb. Hətta işçi qüvvə və xüsusi texnika vasitəsilə qar və buzu təmizləmək mümkün olmayıb. Nəticədə onlarla reys təxirə salınıb, bir neçəsi isə ümumiyyətlə ləğv edilib.  Sərnişinlərə vəziyyətlə bağlı müvafiq bildirişlər göndərilib.

Qeyd edək ki, Vyana hava limanına etməli olan təyyarələr isə Almaniyanın Münhen, Frankfurt, Köln və İtaliyanın Venesiya hava limanlarına yönləndirilib.

L.Tağıyeva

 





14.01.2026    çap et  çap et