525.Az

Avropa Parlamentindən iranlı diplomatlara qadağa


 

Avropa Parlamentindən iranlı diplomatlara <b style="color:red"> qadağa</b>

İranlı diplomatlar Avropa Parlamentinin binasına buraxılmayacaqlar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Robert Metsola sosial şəbəkə hesabında paylaşım edib.

"İranlı diplomatların və bu ölkənin nümayəndələrinin Avropa Parlamentinin əsas binasına  daxil olmalarını qadağan etdim", - deyə statusunda yazan Metsola bu qərarı İranda etirazçıların haqlarının pozulmasına görə verdiyini bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Böyük Britaniya, Fransa, İtaliya və Almaniya rəsmən etirazçılara dəstək olduqlarını bəyan etdikdən sonra İran hökuməti bu ölkələrdəki səfirlərini geri çağırmışdı.

L.Tağıyeva

 





14.01.2026    çap et  çap et