Almaniya kansleri Fridrix Mertz İrandakı kütləvi etirazlar barədə danışıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İrandakı rejimin tezliklə sona çatacağına inandığını bildirib.
“Əgər bir rejim yalnız zorakılıq yolu ilə hakimiyyətdə qala bilirsə, o, faktiki olaraq sonuna çatıb. Düşünürəm ki, hazırda İrandakı rejim də son günlərini, həftələrini yaşayır. Xalq indi bu rejimə qarşı ayağa qalxıb”, - deyə Almaniya Kansleri bildirib.
Bununla belə, Mertz vurğulayıb ki, İrandakı münaqişəni sülhlə sona çatdırmaq üçün yol tapılacağına ümid edir.
Kansler əlavə edib ki, ölkəsi İranda demokratik qanuni hökumətə sülh yolu ilə keçidi təmin etmək üçün tərəfdaşları ilə əlaqə saxlayır.
İbrahim Cəfərov
çap et