525.Az

Əflatun Amaşov Naşirlər və Poliqrafçılar Birliyində olub


 

Əflatun Amaşov Naşirlər və Poliqrafçılar Birliyində olub<b style="color:red"></b> Dünən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyində olub.

Naşirlər və Poliqrafçılar İctimai Birliyinin sədri Bəhruz Axundov rəhbərlik etdiyi qurumun fəaliyyəti, eləcə də birliyin mətbu orqanı olan "Naşir" jurnalı barədə məlumat verib, "Təhsil" Nəşriyyat-Poliqrafiya MMC tərəfindən çap olunan kitablar haqqında danışıb.

Görüşdə İctimai Teleradionun Yayım Şurasının sədri, BDU-nun kafedra müdiri, professor Cahangir Məmmədli, Mətbuat Şurası İdarə Heyətinin üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid və "Naşir" jurnalının baş redaktoru Gülnar Mənsimli də iştirak ediblər.

Görüş zamanı ölkədə kitab çapının vəziyyəti, kitabın təbliğatı məsələləri, eləcə də Azərbaycan Mətbuat Şurası ilə Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin əməkdaşlıq formaları və "Naşir" jurnalının fəaliyyəti və problemləri müzakirə olunub. 

Sevinc MÜRVƏTQIZI
 





04.02.2015    çap et  çap et