525.Az

Mərkəzi Bank "Fizza Pay"ə icrası məcburi göstəriş verib


 

Mərkəzi Bank "Fizza Pay"ə icrası məcburi göstəriş verib<b style="color:red"></b>

Azərbaycanın Mərkəzi Bankı (AMB) "Fizza Pay" MMC ödəniş təşkilatına icrası məcburi göstəriş verib.

525.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, icrası məcburi göstəriş "Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası"nın 4.2-ci bəndi ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması ilə bağlı "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanunun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq verilib.

 





14.01.2026    çap et  çap et