Taylandda dəmir yolu relslərinin çəkilməsi işlərində istifadə edilən böyük tikinti kranı hərəkətdə olan qatarın üzərinə aşıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza Banqkokdan 230 km şimal-şərqdə yerləşən Nakhon Ratçasima əyalətinin Sikhio rayonunda Banqkokdan Ubon Ratçatani əyalətinə gedən qatarda baş verib.
Kranın üzərinə aşması nəticəsində qatar relsdən çıxıb və qısa müddətdə alovlanıb. Qəzada ən azı 22 nəfərin öldüyü, 30-dan çox insanın yaralandığı, çox sayda sərnişinin isə yaralı halda vaqonlarda köməksiz qaldığı bildirilib.
Polis yanğının söndürüldüyünü və xilasetmə əməliyyatlarının başlandığını açıqlayıb.
ŞAHANƏ
çap et