Pakistan ordusu Bəlucistan əyalətinin Kalat bölgəsində Hindistan tərəfindən dəstəklənən silahlı qrupları hədəf alan genişmiqyaslı terror əməliyyatı keçirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Bölməsi (ISPR) məlumat yayıb. Bildirilib ki, əməliyyat zamanı 4 terrorçu zərərsizləşdirilib. Həmçinin çoxsaylı silah və avadanlıqlar ələ keçirilib.
Əlavə edilib ki, terrorizm problemini aradan qaldırmaq üçün bu cür əməliyyatlar davam etdiriləcək.
İbrahim Cəfərov
çap et