525.Az

"Qarabağ" üçün Antalyada daha bir rəqib


 

"Qarabağ" üçün Antalyada daha bir rəqib<b style="color:red"></b>

Antalyada təlim-məşqt toplanışında olan "Qarabağ"ın yoxlama oyunu keçirəcəyi daha bir rəqib bəlli olub.

525.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qurban Qurbanovun komandası yanvarın 16-da Xorvatiya təmsilçisi "Osiyek"lə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Ağdam klubu həmin gün  Polşanın "Zaqlebye" klubu ilə də üz-üzə gələcək. Bu görüş isə 19:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" ilk yoxlama matçında Özbəkistan təmsilçisi "Neftçi"ni 5:0 hesabı ilə məğlub etmişdi.

 





14.01.2026    çap et  çap et