Futbol azarkeşləri bu il keçiriləcək dünya çempionatının oyunlarını izləmək üçün aldıqları biletləri kütləvi şəkildə qaytarırlar.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq 17 min azarkeş bu addımı atıb.
Səbəb isə sadədir. Onlar bu yolla ABŞ-nin Venesuelaya olan mövqeyinə etirazlarını bildirirlər. Biletlərdən imtina onların qiymətinə təsirsiz ötüşməyib. Qara bazarda onların qiyməti kəskin düşüb.
Qeyd edək ki, dünya çempionatı 11 iyin-19 iyul tarixlərində Meksika, ABŞ və Kanadada təşkil olunacaq, mundialda 48 komanda mübarizə aparacaq.
L.Tağıyeva
çap et