Qəzzada atəşkəs prosesinin ikinci mərhələsi başlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib. O, “X” hesabında etdiyi paylaşımda Trampın 20 bəndlik Qəzza planının ikinci mərhələsinin başladığını açıqlayıb.
“Bu gün Qəzzada qarşıdurmaya son qoymaq üçün Preziden Trampın 20 maddəlik planının ikinci mərhələsinin başladığını elan edirik. Bu mərhələ atəşkəsdən sonra tərksilah, texnokratik idarəetmə və yenidənqurma proseslərini əhatə edir”, - deyə Uitkoff bildirib.
O qeyd edib ki, ikinci mərhələ Qəzzanın İdarə olunması üzrə Milli Komitənin yaradılması, Qəzzənin tam tərksilah edilməsi və bölgənin yenidən qurulmasıdır.
ABŞ nümayəndəsi vurğulayıb ki, regionda bütün icazəsiz personalın “silahsızlaşdırılması” başlayacaq və ABŞ HƏMAS-ın bütün öhdəliklərini tam yerinə yetirməsini gözləyir.
Trampın xüsusi nümayəndəsi açıqlamasında Qəzzada atəşkəs prosesinin bu günə qədər irəliləməsinə verdiyi töhfələrə görə Türkiyə, Qətər və Misirə təşəkkür etdiklərini vurğulayıb.
İbrahim Cəfərov
çap et