525.Az

Danimarka hərəkətə keçdi - Qrenlandiyada qoşun sayı artırılır


 

Danimarka hərəkətə keçdi - <b style="color:red"> Qrenlandiyada qoşun sayı artırılır</b>

ABŞ prezidenti Donald Trampın “Qrenlandiyanı almalıyıq” açıqlamasından sonra Danimarka bölgənin müdafiəsinin gücləndirir.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi Kopenhagen adadakı hərbi varlığını artıracağını və NATO ilə daha tez-tez təlimlər keçirəcəyini açıqlayıb.

Danimarka Müdafiə Nazirliyinin açıqlamasında Arktikada təhlükəsizlik narahatlığının artdığı qeyd edilib: “Qrenlandiya Hökuməti və Danimarka Müdafiə Nazirliyi NATO müttəfiqləri ilə sıx əməkdaşlıq edərək Qrenlandiyada təlim fəaliyyətlərini artırmağa qərar verib. Bu o deməkdir ki, bu gündən etibarən Qrenlandiya və ətrafındakı hərbi varlığımız da artacaq".

Açıqlamada, Danimarka Silahlı Qüvvələrinin təlim fəaliyyətləri çərçivəsində Qrenlandiyaya qoşun yerləşdirəcəyi vurğulanaraq, bunun gələcəkdə adada, o cümlədən NATO müttəfiqlərinin də təyyarə, gəmi və əsgər sayının artmasına səbəb olacağı qeyd edilib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bu gün sosial mediada etdiyi paylaşımda ölkəsinin Qrenlandiyanı alacağı təqdirdə NATO-nun daha güclü və təsirli olacağını bildirib.

İbrahim Cəfərov

 





15.01.2026    çap et  çap et